İraq İslami Müqavimət Təşkilatı işğal olunmuş ərazilərin şimalında yerləşən Hayfa şəhərindəki hərbi hədəfi pilotsuz uçuş aparatları (PUA) ilə vurduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, İraq Müqaviməti hücumun işğalçı İsrail rejimi ilə mübarizənin davamı, Qəzzada fələstinlilərə dəstək və işğalçı sionist rejimin mühasirədə olan bölgədə qadın, uşaq və qocalara qarşı törətdiyi qırğınlara cavab olaraq həyata keçirildiyini bildirib.
Müqavimət İsrail rejiminin Qəzza zolağına qarşı soyqırım müharibəsi başlatdığı 7 oktyabr 2023-cü ildən bəri işğal olunmuş ərazilərdəki hədəflərə çoxsaylı cavab hücumları həyata keçirib.
İraq İslami Müqaviməti və Yəmən Silahlı Qüvvələri son günlərdə Fələstinə dəstək və müqavimətə töhfə vermək üçün ardıcıl olaraq bir neçə dəfə birgə əməliyyatlar keçirərək işğal altındakı Hayfa limanını hədəf alıb.
Yəmən Ənsarullah Hərəkatının sözçüsü Yəhya Seri də İraq İslami Müqaviməti ilə birgə pilotsuz uçuş aparatları əməliyyatlarında işğal altındakı Hayfa limanında 4 gəmini hədəf aldıqlarını açıqlayıb.