Bu barədə İraq Energetika Nazirliyinin rəsmisi Əhməd əl-İbadi məlumat verib.
Rasthaber İraq mediasına istinadən xəbər verir ki, İraq İrana olan 2,6 milyard dollar məbləğindəki borcunu ABŞ-ın Tehrana tətbiqi etdiyi embarqoya görə ödəyə bilmir.
Bu barədə İraq Energetika Nazirliyinin rəsmisi Əhməd əl-İbadi məlumat verib.
Onun sözlərin görə, elektrik enerjisi istehsalı üçün İrandan idxal edilən təbii qaza görə borc ABŞ-ın 2018-ci ildə İrana tətbiq etdiyi embarqoya görə ödənilə bilmir.
“İraqın İrana təxminən 2,6 milyard dollar borcu var, lakin Bağdaddan Tehrana pul köçürülmsəi həyata keçirilmir”, – deyə o qeyd edib.
İraqlı rəsmi bildirib ki, İrandan İraqa olan gündəlik qaz ixracı 50 milyon kub metrdən 22 milyon kub metrədək azalıb.