İraq Xarici İşlər Nazirliyi sionist rejim qüvvələrinin Məscidül-Əqsada namaz qılanlara qarşı düzənlədiyi basqını kəskin şəkildə pisləyib.
Az.rasthaber.com xəbər verir ki, İraq Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda sionist rejim qüvvələrinin Fələstində zorakılıqları yayaraq, dinc əhalinin həlak olması və yaralanmasına səbəb olması pislənilib.
Nazirlik, Məscidül-Əqsa kimi müqəddəs yerlərə basqın üçün təşviq və çağırışları pisləyərək, "sürətlə və təhlükəli şəkildə irəliləyən hadisələrin nəzarət altına alınmasının qaçılmazlığına" diqqət çəkib.
Açıqlamada həmçinin, İraqın hər zaman Fələstin xalqının yanında mövqe tutduğu qeyd olunub.