İraqın xalq səfərbər qüvvələri - "Haşdi Şabi" komandanlarından olan Cavad əl-Talibavi Amerikanın Bağdaddakı səfirliyini casusluq yuvası adlandırıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İraqın xalq səfərbər qüvvələri - "Haşdi Şabi" komandanlarından olan Cavad əl-Talibavi bildirib ki, Amerikanın Bağdaddakı səfirliyi qarşısında baş verən hadisələr Amerikanın son təcavüzünə qarşı təbii reaksiyadır.
"Hazırda bütün İraq xalqına sübut olubdur ki, Amerikanın İraqdakı səfirliyi casusluq edərək, İraq xalqına qarşı təxribatçılıq əməliyyatını idarə edir.", -deyə Cavad əl-Talibavi əlavə edib.
O İraqın hökuməti və parlamentindən tələb edib ki, tez bir zamanda ABŞ hərbçilərinin və bu ölkə səfirliyi işçilərinin İraq ərazisindən qovulmaları barədə qanun qəbul etsinlər.
İraq Hizbullahı batalayonlarının sözçüsü Muhəmməd Muhi də Cavad əl-Talibavinin sözlərini dəstəkləyib.
O deyib ki, ABŞ səfirliyi önündə aksiya bu ölkə səfirinin çıxarılmasına, səfirliyin bağlanmasına və amerikalı hərbçilərin İraqdan qovulmalarınadək davam edəcək.
Muhəmməd Muhi bildirib ki, bundan sonra Amerikanın İraqda hərbi iştirakı qəbuledilməzdir.