İraq: ABŞ-a Suriyadakı hücumla bağlı kəşfiyyat yardımı etməmişik

İraq: ABŞ-a Suriyadakı hücumla bağlı kəşfiyyat yardımı etməmişik

Bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Rasthaber Azərbaycan RT-a istinadən xəbər verir ki, ABŞ-ın Suriyaya endirdiyi son hava zərbələri ilə bağlı İraq Vaşinqtona kəşfiyyat məlumatları təqdim etməyib.

Bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

“Suriyada zərbələr endirən (ABŞ-ın başçılıq etdiyi) beynəlxalq koalisiya ilə heç bir məlumat mübadiləsi olmayıb”, – deyə qeyd edilib.

Xatırladaq ki, ABŞ 26 fevralda gecə saatlarında Suriyaya hava zərbəsi endirib. Hücum ABŞ prezidenti Cozef Baydenin göstərişi ilə həyata keçirilib.

ABŞ müdafiə naziri Lloyd Ostin isə iddia edib ki, ABŞ həmin zərbələri İraq tərəfinin kəşfiyyat məlumatları əsasında endirib.

Qeyd edək ki, İraqlı deputat ABŞ-ın Suriya və İraq sərhədində yerləşən obyektə endirdiyi hava zərbəsi nəticəsində dünyasını dəyişənlərin olmadığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR