İraq 2027-ci il üçün bu problemi həll etmək niyyətindədir

İraq 2027-ci il üçün bu problemi həll etmək niyyətindədir

İraq 2027-ci ildə ölkədəki neft yataqlarında səmt qazının yandırılmasını dayandıracaq.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin texniki idarəsinin rəhbəri Əli Həmmud bildirib.

"İraq hökuməti 2026-2027-ci illərdə səmt qazının məşəldə yandırılmasını dayandırmaq məsələsində nikbindir", - Ə. Həmmud deyib.

Onun sözlərinə görə, hazırda ölkədə qaz hasilatının ümumi həcminin təxminən 45%-i neft mədənlərində yandırılır.

Qeyd olunub ki, İraq hər il 18 mlrd. kubmetr qazı mədənlərdə yararsız şəkildə yandırır. Eyni zamanda, İraq hər il qonşu dövlətlərdən 20 mlrd. kubmetr qaz idxal edir.

Xəbəri paylaş

VİDEOLAR