İranlı rəsmi: Vadaretmə və sanksiya dövrü bitdi

İranlı rəsmi: Vadaretmə və sanksiya dövrü bitdi

Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rezai Nikaraquaya səfəri zamanı bu ölkənin Milli Assambleyasının (MA) spikeri ilə görüşüb.

"İran və Nikaraquanın inqilablarının tarixi və imperializm və müstəmləkəçiliklə mübarizə tarixinin çoxluq ortaq cəhətləri var", - deyə iranlı rəsmi bildirib.

"Düşmənlər müqavimət göstərən xalqa qarşı öz güclərindən istifadə etdikləri zaman biz birlikdə olmalı və bir-birimizi dəstəkləməliyik. Düşmənlər bilməlidirlər ki, biz həmişə sarsılmaz xalqların yanındayıq və onlar planlar və sanksiyalar vasitəsi ilə öz məqsədlərinə nail ola bilməyəcəklər", - deyə Rezai qeyd edib.

O, həmçinin ABŞ-ın Nikaraqua hökuməti və xalqına qarşı hərəkət və sanksiyalarını da pisləyib.

"Bu gün dünyada məcburetmə, sanksiyalar və müharibələr dövrü başa çatıb və biz beynəlxalq ictimaiyyətdə bu plan və təzyiqə qarşı müqavimət göstərməliyik", - deyə o əlavə edib.

Nikaraqu MA-nın spikeri Qustavo Purras Kortes iranlı vitse-prezidentin Daniel Orteqanın inaqurasiyasındakı iştirakını yüksək qiymətləndirib və İran hökuməti və xalqının inqilabi və sarsılmaz ruhiyyəsini tərifləyərək deyib:

"İnqilabçı xalqların ortaq və güclü cəhəti düşməni düzgün tanımaq və onun planlarına qarşı ciddi müqavimətdir".

Kortes nikaraqualıların İran İslam Respublikası ilə əlaqələrin inkişafını yüksək qiymətləndirdiklərini və bununla fəxr etdiklərini vurğulayaraq bildirib ki, "İran və Nikaraqura hökumətləri və xalqları arasındakı dostluq və onların ABŞ imperializmi və dünya zalımlarının planlarına qarşı müqaviməti olduqca mühümdür".

Xəbəri paylaş

VİDEOLAR