İranlı rəsmi: Nüvə danışıqları ilə bağlı ilk şərtimiz budur

İranlı rəsmi: Nüvə danışıqları ilə bağlı ilk şərtimiz budur

İranın nüvə danışıqların başlaması istiqamətində ilk addım - rəsmi Tehrana qarşı sanksiyaların ləğvi və ABŞ və Avropanın öz öhdəliklərinə əməl etməsidir.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəsmisi Mahmud Abbaszadə bəyan edib.

Nüvə sazişinə qayıtmaq üçün Qərb addımlar atmalıdır və nüvə sazişinə qayıdış bu razılıqdan imtina etmiş və ya öz öhdəliklərinə riayət etməkdən boyun qaçırmışlar üçün  doğru olardı”, - deyə o qeyd edib.

Abbaszadə deyib ki, yeni şəraitdə şərt qoyan tərəf İran olmalıdır.

Əlbəttə, əgər Avropa İttifaqı ABŞ və “Böyük beşlik” arasında vasitəçi qismində çıxış etmək istəyirsə, çıxılmaz vəziyyətin bütün günahının ABŞ və Avropa 3-lüyünün üzərində olduğuna əsaslanmalıdır”, - deyə iranlı rəsmi əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR