İranın müdafiə naziri ölkəsi ilə Rusiya arasında əlaqələrin müxtəlif sektorlarda strateji xarakter daşıdığını bildirib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İran müdafiə naziri general Məhəmməd Rza Aştiani jurnalistlərə açıqlamasında deyib.
General İran və Rusiya arasında ortaq gəmi istehsalı ilə bağlı xəbərləri əsassız adlandırıb: “Bu xəbərlərin heç bir əsası yoxdur. Bizim özümüz döyüş gəmiləri istehsal edirik. Digər ölkələr kimi, Rusiya ilə də münasibətlərimiz strateji xarakter daşıyır və biz müxtəlif sektorlarda əməkdaşlıq edirik”.