İranlı general Qulaməli Rəşid İsrail rejiminin İrana hücum planları ilə bağlı iddialarına münasibət bildirib.
Az.rasthaber.com xəbər verir ki, o deyib ki, ABŞ-ın dəstək və “yaşıl işığı” olmadan İsrailin İranın nüvə və hərbi obyektlərinə hücumu qeyri-mümkündür.
“Bu cür təhdidlər reallaşarsa, İran Silahlı Qüvvələrinin hərbi əməliyyatı planı çərçivəsində hücum edilməsi nəzərdə tutulan bütün hərbi bazalar, rotalar və sahələr dərhal hədəf alınaraq düşmənə əzici bir zərbə endiriləcək”, - deyə general Rəşid qeyd edib.