Bu barədə İran ordusunun rəsmisi general Hüseyn Əştəri bəyan edib.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, İrandakı təhlükəsizlik sabitdir və ölkənin sərhədlərində təhlükəsizliklə bağlı problem yoxdur.
“İslam Respublikasının hüquq-mühafizə orqanlarının, silahlı qüvvələr təşkilatının, o cümlədən də İslam Respublikası ordusunun və İslam İnqilabı Keşikçiləri Ordusunun sərhədçiləri tam ayıq-sayıqlıqla sərhəddə xidmətdədirlər”, - deyə o bildirib və əlavə edib ki, düşmənin və canilərin istənilən hərəkətlərinin qarşısı alınacaq.
“İran xalqının polislə olan olduqca yaxşı əməkdaşlığının və mühafizəçilərin ayıq-sayıqlıqlarının sayəsində şəhərlərin daxilindəki vəziyyət yaxşı və sakitdir”, - deyə o qeyd edib.