İranlı general İsrailə xəbərdarlıq etdi: Cavab gözləyin!

İranlı general İsrailə xəbərdarlıq etdi: Cavab gözləyin!

İnqilab Keşikçiləri Ordusunun baş komandanı general-mayor Hüseyn Səlami İranın Dəməşqdəki konsulluğunun binasını hədəfə alan sionist İsrailə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı general-mayor Hüseyn Səlami Tehranda Ümumdünya Qüds Günü münasibətilə keçirilən tədbirdəki çıxışında mövcud hadisələri dəyərləndirib.

General-mayor Səlami bildirib ki, Vaşinqtonun dəstəklədiyi sionist rejimin Qəzzada törətdiyi qətllərə görə İslam dünyasında və bütün dünyada ABŞ və İsrailə qarşı qəzəb artıb.

Sionist rejimin Amerikanın verdiyi süni tənəffüslə sağ qaldığını bildirən general-mayor Selami yardımların kəsiləcəyi təqdirdə rejimin çökəcəyini qeyd edib.

General-mayor Səlami sözlərini belə davam etdirdi:

''Qərbdən dəstək alan sionist rejim ərəb ölkələrinin böyük orduları ilə apardığı müharibələrdə Fələstin torpaqlarının əhəmiyyətli bir hissəsini işğal edib, lakin bu gün ölümlə həyat arasında nazik bir xətt üzərindədir.

Sionistlər və onların müttəfiqi Amerika bir çox müsəlmanı öldürməklə və köçürməklə sağ qala biləcəklərini düşünürlər, amma əslində onların xəyallarının əksi baş verir.

Qəzzanın coğrafiyası xəritədə kiçik olsa da, siyasi coğrafiyası böyükdür və tarixdə epik müqavimət göstərən Fələstin xalqına dünya səviyyəsində mənəvi dəstək artıb.

Ölüm-dirim mübarizəsi aparan İsrail Qəzzada müharibəni davam etdirsə və ya geri çəkilsə, yenə də uğursuzluğa düçar olacaq”.

Qəzzadan mesaj aldıqlarını açıqlayan general-mayor Səlami, fələstinlilərin mesajının "Müqaviməti davam etdirməkdə heç bir problemimiz yoxdur. İşğal rejimini Qəzzada basdıracağıq", - olduğunu bildirib.

İranlı komandir Uca Allahın vədinin mütləq gerçəkləşəcəyinə işarə edərək deyib:

“Nəhayət, Fələstin xalqının torpaqları və mülkləri onlara qaytarılacaq və sionistləri xilas etmək üçün heç bir yol yoxdur. Sionistlər müharibə ilə həyat arasında seçim edə bilməz, onların yolu təslim olmaqdır.

General-mayor Selami sionistlərə xitabən deyib:

Sionist rejim təşkil etdiyi sui-qəsdlərin təsirindən xilas ola bilməz. Bu rejim başa düşməlidir ki, böhranları genişləndirməklə öz təhlükəsizliyini təmin edə bilməz.

General-mayor Hüseyn Səlami İranın Dəməşqdəki konsulluq binasını hədəfə alan sionist İsrailə xəbərdarlıq edib və İsrail rejiminin hücumunun cavabsız qalmayacağını vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR