İranlı general İranın raket və PUA gücünün səbəbini açıqladı

İranlı general İranın raket və PUA gücünün səbəbini açıqladı

İranın passiv müdafiə təşkilatının sədri deyib ki, İranın raket və PUA elektron gücü Amerikanın ağır sanksiyalarının nəticəsidir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın passiv müdafiə təşkilatının sədri briqada generalı pasdar Qulamrza Cəlali bildirib ki, müdafiə bacarığına söykənmədən ədalətli dialoq üçün bir atmosfer mövcud olmaz.

"Trampın Amerika prezident kürsüsündə olması təcrübəsi sübut etdi ki, bugünkü və sabahkı dünya diskurslar dünyası deyildir və ümumiyyətlə müdafiə bacarığına söykənmədən ədalətli dialoq üçün bir atmosfer mövcud olmayacaq. Silah və hərbi avadanlıqların satın alınması məsələsi ötən qırx il ərzində onunla bağlı ən çox sanksiya və sərt rəftarların edildiyi sahələrdəndir.", - deyə o əlavə edib.

İranın passiv müdafiə təşkilatının sədri Sepah-ın "Böyük Peyğəmbər-15" hərbi təlimlərinin keçirilməsinə toxunaraq sözlərinə belə davam edib: "Sanksiya alovunun mərkəzində daxilə söykənmə, qüdrət ağacından bir bağı səmərəyə çatdırıb."

Xəbəri paylaş

VİDEOLAR