O bildirib ki, Sepah və ordu düşmənin Fars Körfəzində nəzarətdə saxlayır
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Ordusu və Sepah qüvvələri Fars Körfəzi sularına daxil olan gəmilərin və düşmənin bütün hərəkətini izləyir və onlara nəzarət edirlər.
Bunu, Sepah-ın dəniz qüvvələrinin komandanı kontr-admiral pasdar Əlireza Təngsiri deyib.
Onun sözlərinə görə, Fars Körfəzinə daxil olacaq hər bir gəmi Hörmüz boğazında, zolağa nəzarət qanununa istinadla izlənir və o, özünü təqdim etməyə məcburdur.
İranın geopolitik və strateji Fars Körfəzi, Məkran bölgəsindəki böyük rolu və önməminni önə çəkən Təngsiri "İran İslam Respublikasının bu bölgədəki iştirakı, təkcə hərbi sahədə deyil, həm də beynəlxalq və milli səviyyələrdə iqtisadi, siyasi və hətta mədəni sektorlar üzrə strateji iştirakdır.
Dünyanın neft ehtiyatlarının 62 faizindən çoxu, təbii qaz mənbələrinin qırx faizi bu bölgədədir ki, bunlar da Fars Körfəzinin strateji rolu və önəmini ikiqat artırır.", -deyə əlavə edib.