İranlı diplomatlar Səudiyyədə fəaliyyətlərini bərpa etdi

İranlı diplomatlar Səudiyyədə fəaliyyətlərini bərpa etdi

İranın 3 diplomatı Səudiyyə Ərəbistanın Ciddə şəhərində yenidən fəaliyyətə başlayıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, həmin diplomatlar 6 illik fasilədən sonra İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nəzdində fəaliyyət göstərəcək strukturda çalışacaq.

Məlumata görə, artıq diplomatlar Ciddə şəhərində işə başlayıb.

Qeyd edək ki, bir müddət öncə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Səudiyyə Ərəbistanın 3 diplomata Ciddə şəhərində fəaliyyət üçün viza verdiyini açıqlamışdı.

O bildirmişdi ki, Səudiyyə Ərəbistanın bu addımı iki ölkənin əlaqələrinin bərpası üçün ciddi və müsbət bir addımdır.

Xəbəri paylaş

VİDEOLAR