İranlı diplomat Avropada məhkəmə qarşısına çıxarılacaq

İranlı diplomat Avropada məhkəmə qarşısına çıxarılacaq

Belçikanın Antverpen şəhər məhkəməsi 2018-ci ildə Fransada bir müxalifət qrupunun mitinqində bomba partlayışı planlamaqda ittiham olunan iranlı diplomat mühakimə olunacaq

Rasthaber Azərbaycan-ın Sputnik-ə istinadən yaydığı məlumata görə, bu, Avropa Şurasına üzv ölkələrdən birində İranın dövlət nümayəndəsinin terrorizmdə günahlandırılaraq məhkəmə qarşısına çıxarıldığı ilk hadisədir.

Belçika prokurorluğu İran diplomatı Əsədullah Əsədini və digər üç nəfəri Parisdə İran Milli Müqavimət Şurasının (NCRI) mitinqinə hücum planlaşdırmaqda günahlandırır. Qeyd edək ki, sözügedən mitinqdə ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culianı də çıxış etmişdi. Həmin vaxt Əsədi İranın Vynadakı səfirliyində üçüncü müşavir vəzifəsini tutub. Fransa rəsmiləri onun Cənubi Avropadakı kəşfiyyatdan məsul olduğunu və Tehranın əmri ilə hərəkət etdiyini bildirirlər.

Öz növbəsində, Tehran dəfələrlə ittihamları rədd edərək, terror qrupu hesab etdiyi NCRI-nin bu cür iddiaları əlində "yalançı bayraq" etdiyini bildirib. Əsədi ittihamlarla bağlı açıqlama verməsə də, onun vəkili diplomatın məhkəmə qarşısına çıxacağını təsdiqləyib.

Polis sənədləri göstərir ki, Əsədi mart ayında hakimiyyət orqanlarını günahkar bilinəcəyi təqdirdə müəyyən qruplar tərəfindən cavab tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdar edib.

Səlahiyyətli orqanlar hücumun qarşısının Fransa, Almaniya və Belçika təhlükəsizlik qüvvələri arasında koordinasiyalı əməliyyatla alındığını bildiriblər. Əsədi Almaniyada istirahət edərəkən tutulub və Belçikaya təhvil verilib. Bu ölkədə onun cinayəti birgə törətməyi planlaşdırdığı iddia olunan iki köməkçisi da həbs olunub. Həmin şəxlərdən yarım kilo partlayıcı maddəsi və bir partlayıcı qurğu götürüldüyü bildirilir. Belçika səlahiyyətliləri Əsədinin partlayıcı maddələri Tehrandan Vyanaya ticarət reysi ilə gətirdiyini güman edir.

Artıq Fransa sui-qəsdin arxasında İran Kəşfiyyat Nazirliyinin olduğunu iddia edərək bir İran diplomatını ölkədən uzaqlaşdırıb. Avropa Şurası isə İran kəşfiyyatının və rəsmi şəxslərin əmlakını dondurub.

Xəbəri paylaş

VİDEOLAR