İranlı deputat: Azərbaycan bizim üçün ən önəmli qonşu ölkələrdən biridir

İranlı deputat: Azərbaycan bizim üçün ən önəmli qonşu ölkələrdən biridir

Azərbaycan İran üçün ən önəmli qonşu ölkələrdən biridir və iki ölkə arasında dərin bağlar mövcuddur.

Az.rasthaber.com xəbər verir ki, bunu APA-nın Tehran müxbirinə açıqlamasında İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvi Əbulfəzl Əmuyi deyib.

İran və Azərbaycan arasında müştərək mədəni bağlarla yanaşı iki ölkənin xalqlarını bir-birinə eyni dil və eyni din bağlayır. Bu cəhətdən Azərbaycan və İran arasında əlaqələrin inkişaf etdirilməsi təbidir. Ölkələrimizin prezidentlərinin də çalışmaları bu yöndədir. Əgər iki ölkə arasında ixtilaf da yaranarsa, bu üçüncü tərəflərin çirkin planları ilə baş tutur. Onlar iki ölkənin əlaqələrinin inkişafına maneə yaratmağa çalışır”, - deyə o qeyd edib.

O qeyd edib ki, hazırkı şəraitdə iki ölkənin əlaqələri müsbət atmosferdə inkişaf etdirilir.

Ümid edirəm hər iki ölkənin rəsmiləri Tehran və Bakı arasında əlaqələrin inkişafı üçün təsiredici addımları atacaq. İki ölkə arasında iqtisadi əməkdaşlıq üçün geniş potensial mövcuddur. Həm İran və Həm də Azərbaycan Şimal-Cənub dəhlizinin üzvüdür. Bu dəhliz vasitəsilə ölkələr arasında əlaqələrinin inkişaf etməsi hər iki ölkə xalqın xeyrinədir”, - deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR