İranın yol və şəhərsalma naziri istefa verib

İranın yol və şəhərsalma naziri istefa verib

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi istefa verib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Prezident İbrahim Rəisi nazirin istefasını qəbul edib.

İranın yol və şəhərsalma naziri səlahiyyətlərini nazirin müavini Şəhriyar Əfəndizadə icra edəcək.

Rüstəm Qaseminin səhhətindəki problemlərlə bağlı istefa verdiyi bildirilib.

Qeyd edək ki, Rüstəm Qasemi İran–Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri idi.

Xəbəri paylaş

VİDEOLAR