İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək

İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş 6 oktyabrda bir sıra ikitərəfli layihələr üzrə müzakirələr aparmaq məqsədilə Azərbaycana edəcək.

Az.rasthaber.com xəbər verir ki, məlumata əsasən, iranlı nazirin 2 günlük səfər çərçivəsində Azərbaycanın bir sıra rəsmiləri, o cümlədən Baş Nazirin müavini Şahin Mustafayev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü nəzərdə tutulur.

Səfər çərçivəsində İranla Azərbaycan arasında arasında Astara yük terminalının tikintisi, Astaraçay üzərində avtomobil körpüsünün, gömrük və sərhəd infrastrukturunun yaradılması kimi layihələrin icrası müzakirə ediləcək.

Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da yaxşılaşdırılması müzakirə olunacaq.

Xəbəri paylaş

VİDEOLAR