Bu barədə Ayətullah Xameneinin ofisindən verilən xəbərdə deyilir
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı Rəhbəri Ayətullahul Xamenei "Xatəmül-Ənbiya" hava hücümündan müdafiə baş qərargahının yeni komandir təyin edib.
Ayətullah Xameneinin ofisindən verilən xəbərdə deyilir: "Ali baş komandan Ayətullah Xamenei General Qədir Rəhimzadəni "Xatəmül- Ənbiya" raket hücümündan müdafiə baş qərargahının yeni komandiri olaraq təyin edib. Ali baş komandan İran Silahlı Qüvvələrinin Baş komandiri General Musəvinin təklifini və General Rəhimzadənin ləyaqəti və təcrübələrini diqqətə alaraq onun bu vəzifəyə təyin edilib."