İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yüksək səviyyəli siyasi nümayəndə heyətinin sədri kimi Omana gedib.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ikitərəfli rəsmi təmaslar aparmaq üçün bu gün yüksək səviyyəli siyasi nümayəndə heyətinin başçılığı ilə Omana gedib.
Əmir Abdullahiyanın Omana səfəri zamanı ikitərəfli əlaqələrlə yanaşı, regional məsələlər, o cümlədən Fələstin və Qəzzadakı hadisələr də müzakirə ediləcək məsələlər sırasındadır.
Omana səfəri zamanı Əmir Abdullahiyanı İran İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Vahid Cəlalzadə müşayiət edir.