İranın xarici işlər naziri BMT-nin baş katibi ilə görüşüb

İranın xarici işlər naziri BMT-nin baş katibi ilə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çərşənbə axşamı BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, bu görüş İranın xarici işlər naziri və BMT baş katibinin telefonla xarici siyasət, regional və qlobal məsələləri müzakirə etdikdən sonra keçirilib.

Əmir Abdullahiyan görüşdə Vyana danışıqları ilə bağlıdeyib:

"Danışıqlarda inkişafların şahidi olduq. Amerika tərəfi realist davranarsa, razılığa gələ bilərik".

“Biz həmişə bütün tərəflərin razılaşmaya geri qayıtmasını dəstəkləmişik və ümid edirik ki, bu, tezliklə baş verəcək”, - Quterreş bildirib.

Qeyd edək ki,BMT-nin baş katibi bundan əvvəl Nyu-Yorkda İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi ilə görüşüb.

Xəbəri paylaş

VİDEOLAR