İranın vurduğu Amerikan bazası haqqında qısa məlumat - VİDEO

İranın vurduğu Amerikan bazası haqqında qısa məlumat - VİDEO

İran tərəfindən vurulan ABŞ-ın İraqdakı hərbi bazası

Rasthaber Azərbaycan: Ayn al Asad hərbi bazası Qərbi İraqın Əl-Ənbar əyalətində yerləşir. 1981-dən 1987 ci ilə qədər Yuqaslaviya tərəfindən İraq hökümətinin istəyilə tikilib. 280 milyon dollara başa gələn bazada 5000 hərbçi xidmət göstərirdi.

ABŞ-ın İraq işğalına qədər İraq Hava Qüvvələrinin 3 bölməsi yerləşmişdi. 2003-dən sonra ABŞ buranı ən böyük ikinci hava bazası kimi istifadə edirdi

2010-dan sonra koalisiya qüvvələri də bura gəldi. ABŞ Ordusunun HHQ həmçinin Dəniz Qüvvələri də burada yerləşmişdi. Ayn al Asadın içində kinoteatr, basseyn, idman zalı mövcud idi.

Dəniz Qüvvələri İraqı tərk edir və baza 2011-də rəsmən bağlanır. Lakin İŞİD terrorunu bəhanə bilib 2014-cü ildə təkrar geri dönürlər

Donald Tramp həyat yoldaşı ilə 2018-in dekabrın 26-da bazaya gəlirlər. Bu ABŞ əsgərlərinə dəstək, ruh yüksəkliyi vermək üçün nəzərdə tutulur.

ABŞ müdafiə naziri Pence də 2019 noyabrında “Şükran” milli bayramında bura gəlir. Amerikalı dövlət rəsmilərinin son ziyarətləri olur.

ABŞ Ordusu İraqda Qasim Süleymani və Əbumehdi Əl-Mühəndisi qətlə yetirir. 5 gün sonra İran intiqam düyməsini basır.

ABŞ-ın iki bazasına onlarla raket atılır. Əsas hədəf isə məhz Ayn al Asad hərbi bazası olur .İran tərəfi azı 80 hərbçinin öldüyünü, 200-nün yaralandığını deyir.

İran hücumu “ABŞ-a sillə” adlandırır.

VİDEO-ya KEÇİD

Xəbəri paylaş

VİDEOLAR