Razi Cov Pars koronavirusa qarşı peyvəndinin tənəffüs yolu ilə istifadə edilən versiyası təqdim olunub
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Razi Cov Pars koronavirusa qarşı peyvəndin tənəffüs yolu ilə istifadə edilən versiyası üzərində işlərin iki ay əvvəl başladığını deyən firma araşdırmaçılarından Səid Kələntəri, ilk mərhələdə bu peyvəndi alan 133 şəxsdə hər hansı bir mənfi yan təsirinin görünmədiyini açıqlayıb.
Kələntəri, ilk mərhələdən məqsədin aşının immuniteti və risksiz olduğunu sübut etmək olduğunu, aydın olan bunun reallaşdığını, təhlillərdən sonra gələcək günlərdə ikinci mərhələyə keçiləcəyini bildirib.
Razi Cov Pars korona peyvəndinin tənəffüs yolu ilə istifadə edilən versiyası Tehranda Rəsuli- Əkrəm (s) xəstəxanasında təşkil edilən mərasimlə təqdim olunub.