İranın Suriyadakı hərbi müşavirlik mərkəzi bütün tərəfləri sakitləşməyə çağırır

İranın Suriyadakı hərbi müşavirlik mərkəzi bütün tərəfləri sakitləşməyə çağırır

İranın Suriyadakı hərbi müşavirlik mərkəzi bu gün bəyanat yayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, İranın Suriyadakı hərbi müşavirlik mərkəzi bu gün bəyanat yayıb.

Bəyanatda deyilir: “Biz Suriya Ordusu və Dövlətinin istəyilə M5 magistralının azad edilməsi əməliyyatında iştirak etdik. İnqilab Keşikçiləri, Hizbullah və digər müqavimət qrupları əməliyyatı yürüdən komandirin əmrinə tabe olaraq Türkiyə Ordusunun hərbçilərini hədəfə almadı. Komandirimizin əmrini bu günə qədər icra etdik. Keçdiyimiz 4 gün ərzində Tacik, Türkistan Partiyası və Nusra kimi qruplaşmalar Suriya Ordusunun mövqelərini geniş çaplı hədəfə aldılar və bizim güclərimiz də Suriya Ordusunu dəstəklədi. Biz müdafiədə olmağımıza baxmayaraq Türkiyə ordusu bizə havadan və qurudan hücum etdi. Biz vasitəçilə mesajlarımızı Türkiyə Ordusuna çatdırdıq. Fəqət onlar bombardmana davam etdilər və içimizdən bir qrupu şəhid etdilər. Suriya artileriyası hücumlara cavab verdi. Fəqət biz hələ ki, Türkiyə Ordusunun bu hücumlarına cavab vermədik. Türkiyə Ordusuna göndərdiyimiz mesajda bunu bildirdik ki, Əməliyyatı yürüdən komandirimiz Suriya ilə Türkiyə arasındakı məsələlərin siyasi yolla həll edilməsini vurğulamaqdadır. Biz güclərimizə, Türkiyə Ordusuna qəti olaraq hücum etməməsi əmrini verdik. Türkiyə Ordusu bombalamağa davam etməkdədir. Biz onlardan ağıla söykənən bir şəkildə hərəkət etmələrini istəməkdəyik. Türkiyə xalqına bunu bildiririk ki, övladlarınız bizim atəş hədəfimizdədir. Biz istəsək intiqamımızı ala bilərik. Fəqət başımızdakı komandirimizin əmrinə əsasən bu ana qədər intiqam almadıq. Türkiyə xalqından sülh-atəşkəs atmosferinin qorunması və Türkiyə hərbçilərinin Suriyada qanının tökülməsinin qarşısının alınması üçün liderlərinə və komandirlərinə təzyiq etmələrini tələb edirik. Biz döyüşən bütün tərəflərdən ağıla uyğun hərəkət etmələrini və müharibənin böyük təhlükələrini dərk etmələrini istəyirik.”

Xəbəri paylaş

VİDEOLAR