İranın şimalında zəlzələ baş verib

İranın şimalında zəlzələ baş verib

İranın Gülüstan əyalətinin Əliabad şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

Az.rasthaber.com xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, episentri Əliabad şəhərində olan 4,4 bal gücündə zəlzələ yerli vaxtla saat 06:35-də qeydə alınıb.

10 kilometr dərinlikdə baş verən zəlzələ Gülüstanın bəzi digər ərazilərində də hiss olunub.

Zəlzələdə can və ya mal itkisinin olub-olmaması ilə bağlı açıqlama verilməyib.

Xəbəri paylaş

VİDEOLAR