"İranın sazişdəki öhdəliklərini azaltması nüvə silahı hazırlaması demək deyil"

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib ki, İranın nüvə proqramı ilə bağlı öhdəliklərindən tədricən imtina etməsi onun nüvə silahı hazırlaması demək deyil.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Qrossi bunu İspaniyanın “Pais” qəzetinə müsahibəsində deyib.

“Bu gün 2015-ci ildəkindən xeyli çox, İranda əhəmiyyətli dərəcədə artmış nüvə proqramımız var. Bu artım təkcə kəmiyyət deyil, həm də keyfiyyət xarakterlidir", deyə Qrossi bildirib.

O fikirlərini belə davam etdirib:

“Bu o demək deyil ki, İran nüvə silahı istehsal edir”, deyə BAEA-nin sədri, İranda 60 faizlik zənginləşdirilmə işinin hədəf və məqsədi barədə şübhələrin olmasına eyham vurub.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru işarə edib ki, İran tədricən nüvə proqramı ilə bağlı öhdəliklərini tərk edir.

Cümə axşamı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan nüvə sazişi ilə bağlı məsələlərin 96%-ni özündə əks etdirən saziş layihəsinin əldə olunduğunu açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR