İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 4.3 bal gücündə zəlzələ olub.
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 4.3 bal gücündə zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadən məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 02:44-də 7 km dərinlikdə baş verib.
Tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, İranın Qərbi Azərbaycan əyalətində fevralın 23-də də zəlzələ baş verib, xeyli sayda insan xəsarət alıb.