Bunu İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Məcid Təxte-Rəvançi deyib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Əl-Cəzirə telekanalına verdiyi müsahibədə İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Məcid Təxte-Rəvançi, ABŞ-ın ƏMTP-dan çıxdığını xatırladaraq deyib: "Biden rəhbərliyi bir neçə dəfə ABŞ-ın Nüvə Razılaşmasına qatılacağını bildirdi, amma indiyə qədər ABŞ siyasətində heç bir dəyişiklik görünməyib."
İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi sanksiyaların endirilməsini razılığa qayıtmanın bir hissəsi ola biləcəyi sualına cavabda deyib: "Aydındır ki, sanksiyalar bu razılaşmanın bir hissəsi idi və İranın öz öhdəliklərini tam şəkildə yerinə yetirə bilməsi üçün ləğv edilməli idi."
Təxt-Rəvançi "ABŞ-ın nüvə razılaşmasından birtərəfli çıxması ilə artıq 4 + 1 qrupu var" deyərək "Əgər ABŞ bu qrupa qoşulmaq istəyirsə, götürdüyü öhdəlikləri yerinə yetirməli, İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməli və son beş ildə tətbiq olunan bütün sanksiyaları ləğv etməlidir, belə olan təqdirdə İranda üəzrinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirəcək.", -qeyd edib.