İranın müdafiə nazirindən ABŞ-a SƏRT XƏBƏRDARLIQ

İranın müdafiə nazirindən ABŞ-a SƏRT XƏBƏRDARLIQ

İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiyani ABŞ-ın neft quldurluğuna sərt reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiyani İran neftini daşıyan gəmini oğurlayan və daha sonra yükünü boşaldan ABŞ-ın hərəkətlərinin nəticələrinin olacağı ilə bağlı xəbərdarlıq edib.

Briqada generalı Aştiyani deyib:

Amerikanın hərəkəti oğurluqdur və heç vaxt qəbuledilməzdir. Belə bir hadisə baş verərsə, biz mütləq cavab verəcəyik."

Briqada generalı Aştiyani ABŞ-a bu cür hərəkətlərdən əl çəkməyi tövsiyə edib:

"Biz strateji və çox mühüm regionda yerləşirik. Dünya neft ticarətinin böyük hissəsi bizim regiondakı enerji dəhlizindən keçir və bu xətlərə nəzarət bizdədir, ona görə də bizim ABŞ-dan qisas almağımız mümkündür".

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ-ın neft quldurluğuna reaksiya verərək Tehranın bu cür hərəkətləri cavabsız qoymayacağını vurğulayıb.

İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Rza Tengsiri də ABŞ-ın ələ keçirdiyi tankerə nefti boşaltacaq şirkətlərə cavab veriləcəyi barədə xəbərdarlıq etmişdi.

Xəbəri paylaş

VİDEOLAR