İranın müdafiə naziri: İsrailin terror aktı cavabsız qalmayacaq!

İranın müdafiə naziri: İsrailin terror aktı cavabsız qalmayacaq!

İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiyani İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli üzvlərindən olan Seyid Razi Musəvinin öldürülməsinə reaksiya verərək deyib: Çarəsiz sionist rejimin qorxaq və terror aktı cavabsız qalmayacaq.

Az.rasthaber.com xəbər verir ki, İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiyani İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli üzvü Seyid Razi Musəvinin öldürülməsinə münasibət bildirib.

Briqada generalı Aştiyaninin dərc etdiyi mesajda aşağıdakı ifadələr yer alıb:

“Şəhid Seyid Razi Musəvi İranın Suriyada rəsmi müşaviri vəzifəsində çalışarkən sionist rejim tərəfindən şəhid edilib.

Təbii ki, çıxılmaz vəziyyətə düşən sionist rejimin qorxaq və terror aktı cavabsız qalmayacaq. Mənfur sionist düşmənə lazımi vaxt və yerdə sərt cavab veriləcək”.

Xəbəri paylaş

VİDEOLAR