İranın koronavirusa qarşı peyvəndi üçüncü könüllülər qrupuna vuruldu

İranın koronavirusa qarşı peyvəndi üçüncü könüllülər qrupuna vuruldu

İranın koronavirusa qarşı vaksininin araşdırılmasına nəzarət qrupunun üzvü bu peyvəndin üçünçü könüllülər qrupuna vurulmasından xəbər verib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, "Kovo İran Bərəkət" peyvəndi üzərində insan araşdırmaları son beynəlxalq standartlar əsasında aparılmaqdadır.

İranın anti-koronavirus vaksininin araşdırılmasına nəzarət qrupunun üzvü doktor Minu Mohrəz iranlı tədqiqatçıların düzəltdikləri anti-koronavirus vaksininin uğurlu inkişaf mərhələlərindən razılıq edərək deyib: "Bu gün üç nəfərə "Kovo İran Bərəkət" peyvəndi vuruldu və sabah da daha dörd digər könüllü üzərində həyata keçiriləcək".

"Bundan öncə də yeddi inyeksiya həyata keçirilib və bu könüllülər hər gün müayinədən keçiriliblər. Onlarda nəzərəçarpacaq yan təsir müşahidə olunmayıb.", -deyə o əlavə edib.

İranlı tədqiqatçılar tərəfindən düzəldilmiş "Kovo İran Bərəkət" adlı peyvənd üzərində klinik araşdırmaların insan inyeksiyası üzrə birinci etapı ötən il dekabrın 29-da başlanıb.

Qərar üzrə İran vaksini birinci mərhələdə iki ay ərzində 56 könüllüyə vurulmalıdır.

Xəbəri paylaş

VİDEOLAR