İranın ilk yerli vaksininin kütləvi istifadəsinə başlanıldı

İranın ilk yerli vaksininin kütləvi istifadəsinə başlanıldı

İranda koronavirusa qaşrı yerli istehsal olan "COVİran Barakat" peyvəndinin kütləvi istifadəsinə rəsmi şəkildə start verilib.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, bu barədə İran İslam Respublikasının səhiyyə naziri Səid Nəməki bildirib.

Onun sözlərinə görə, hazırda sözügedən peyvəndin bir milyon dozası hazırlanıb.

Qeyd edək ki, "COVİran Barakat" peyvəndindən başqa İranın Kuba ilə birgə istehsal etdiyi vaksinin istifadəsi də nəzərdə tutulub.

Ümumiyyətlə "COVİran Barakat" vaksini İranda Rusiya və Çinin peyvəndlərindən sonra istifadə edilən ilk yerli vaksindir.

Xəbəri paylaş

VİDEOLAR