Qida maddələri daşıyan İran gəmisi Venesuela sularına daxil olub və La Guaira limanına yaxınlaşıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının Karakasdakı səfiri Höccətullah Soltani öz tvitter səhifəsində yazıb: Qida maddələri və COVID-19 xəstəliyi ilə mübarizəyə lazım olan lazımi təchizatları daşıyan İran gəmisi Venesuela sularına daxil olub.
Bu yük gəmisi İran İslam Respublikasının bayrağı altında mayın 15-də İranın Bəndər-Abbas limanından Venesuelaya doğru hərəkət edib.
Bundan öncə də İranın 1,5 milyon barrel benzin daşıyan beş gəmisi Venesuelaya yola düşüb və bu tankerlər ötən həftələrdə öz yüklərini Venesuelaya təhvil verdilər.
İranın yanacaq yüklərinin Venesuelaya köçürülməsindən sonra Venesuela hökuməti yeni bir sistemlə bu ölkə boyu yanacaq paylanmasına başlaya bilib.
Venesuela prezidenti Nikolas Maduro son zamanlar Venesuelaya benzin daşıyan tankelər göndərdiyi üçün İran dövlətinə təşəkkür edərək bildirib ki, tezliklə İrana səfər və bu səfərdə iki ölkənin müştərək komissiyasının iclasında iştirak edəcək. Onun sözlərinə görə, iki tərəf enerji, kənd təsərrüfatı, maliyyə, texnologiya, elm və səhiyyə sahələrində müqavilələr imzalayacaq.