İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Rusiyaya gedib

İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Rusiyaya gedib

İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi Qumi 5-ci Moskva formatında iştirak etmək üçün Rusiyaya gedib.

Az.rasthaber.com xəbər verir ki, 2018-ci ildən Rusiyanın paytaxtı Moskvanın ev sahibliyi etdiyi və Əfqanıstan probleminin həlli təkliflərinin müzakirə olunduğu “Moskva formatı” bu gün keçiriləcək.

“Moskva formatı”nda bir çox məsələlər, o cümlədən Əfqanıstanın hazırkı vəziyyəti, barışıq və təhlükəsizlik iştirakçı region ölkələri tərəfindən müzakirə olunacaq.

Xəbəri paylaş

VİDEOLAR