18.03.2023 14:36:09
Bu gün İranın cənubunda 4,6 böyüklüyündə zəlzələ qeydə alınıb.
Az.rasthaber.com APA-ya xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 22 700 nəfər əhalisi olan Bəndər-Lengə şəhərindən 48 km şimal-şərqdə və 88 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.