İranın Hörmüzqan vilayətinin Hamir şəhərində 4 bal gücündə zəlzələ baş verib.
Az.rasthaber.com xəbər verir ki, İranın cənubundakı Hörmüzqan vilayətinin Hamir şəhərində 4 bal gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Geofizika İnstitutu Seysmologiya Mərkəzi yerli vaxtla saat 11.03-də baş verən zəlzələnin 12 kilometr dərinlikdə olduğunu bildirib.
Zəlzələ Hormozqan əyalətinin Laft şəhərindən 36 km, Kanqdan 58 km aralıda baş verib.