İranın cənub-qərbində zəlzələ olub
İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətinin Gəçsaran rayonunun Doqonbədan şəhəri ətrafında 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 13:41-də 10 km dərinlikdə qeydə alınıb.
Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.
Qeyd edək ki, 7 mayda İranın Tehran vilayətində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.