27.05.2021 13:03:35
İranın BMT-dəki daimi nümayəndəsi Suriya və İsrail məsələsindən danışıb
İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançı Suriya və İsraillə bağlı çıxış edib.
Rasthaber Azərbaycan xəbər verir ki, Məcid Təxt Rəvançı Suriyadakı terroristərlər verilən dəstəyin dayandırılması onların "yaxşı pis" olaraq kateqoriyalara bölünməsini tənqid edib.
O qeyd edib ki, bu kateqoriyalara bölmə təhlükəlidir və Suriyanın suverenliyini təhdid edir, buna görə buna son verilməlidir.
Rəvançı İran XİN rəhbərinin Dəməşq ziyarətindən danışıb.
O qeyd edib ki, Zərif Suriya dövlət rəsmilərilə görüşündə, İranın Suriyanın suverenliyi mövzusunda dəstəyi üçün əlindən gələni edəcəyini bildirib.
İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançı çıxışı zamanı İsraili tənqid edib: "Bu cür vəhşi hərəkətlər soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin bariz nümunələridir və beynəlxalq humanitar hüquq normalarının təməlində dayanan insan prinsipləri və ictimai vicdanın pozulmasıdır".