İranın BMT-dəki nümayəndə heyəti sionist rejimin baş nazirinin ittihamlarına cavab verib
Rasthaber Azərbaycan xəbər veririnə görə, cavabda deyilir ki, bu rejim İranın dinc nüvə proqramı barədə dedikləri və mütəşəkkil iranofobiya proqramını işə salmaqla diqqətləri özünün regiondakı səbatsızlaşdırıcı və şər fəaliyyətlərindən yayındıra bilməz.
"Naftali Bennet də özünün bədnam sələfi kimi bacardığı qədər İrana qarşı əsassız iddialar irəli sürüb, qeyri-düzgün informasiya vermək və məzlumluq ədasını çıxarmaqla, ümidsizcəsinə sionist rejimi günahsız təqdim etməyə can atdı.
Naftali Bennetin bu çıxışdakı xəbiscəsinə məqsədi, sionist rejimin ötən yetmiş il ərzində regiondakı cinayətkarcasına rəftarları, həmçinin bütün səbatsızlaşdırıcı və ekspansianist siyasətlərini ört-basdır etmək olub.
O, hətta bir dəfə də olsun belə, sionist rejimin yetmiş ildən çox vəhşicəsinə hökmranlığı və işğalı altında yaşayan Fələstin xalqının qanuni hüquqlarına, Qəzzə zolağına tətbiq etdiyi qanunsuz və qeyri-insani mühasirəsi və bu zolağı dünyanın ən böyük üstüaçıq zindanına çevirməsinə işarə etmədi."-deyə İranın cavab mətnində deyilir.