İranın BMT-dəki daimi nümayəndəsi: Vaksinlərin ədalətlə paylanılması zəruridir

İranın BMT-dəki daimi nümayəndəsi: Vaksinlərin ədalətlə paylanılması zəruridir

İranın BMT-dəki daimi nümayəndəsi deyib ki, sanksiyaların ləğvi və vaksinin ədalətlə paylanması zəruridir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxte Rəvançi  "COVID-19 vaksinlərinə münasib əlçatanlığa əminlik" mövzusunda keçirilən yüksək səviyyəli yığıncağında danışıb.

O bildirib ki, koronavirusa qalib gəlməyə lazım olan məsələ, inkişaf etməkdə olan ölkələrə yardım, vaksinin yetərincə istehsalı, xalqlar arasında ədalətlə paylanması, eləcə də sanksiyaların qaldırılmasıdır.

"Koronavirus bəşəriyyətin ortaq düşmənidir və insanları irqindən, dinindən və milliyyətindən asılı olmayaraq, hədəfə alır ki, onunla mübarizə aparmaq üçün bütün xalqların real həmrəylik və həmkarlığı zərurət daşıyır. Koronavirus vaksininin iri həcmdə istehsalı və ədalətli şəkildə paylanması üzrə beynəlxalq səylər təmərküzləşdirilməlidir.", -deyə   Məcid Təxte Rəvançi əlavə edib.

İranın BMT-dəki daimi nümayəndəsi eyni zamanda inkişaf etmiş ölkələrin vətəndaşlarından indiyədək milyonlarla nəfərin vaksin vurdurduğu bir halda, koronavirusla çarpışan inkişaf etməkdə olan ölkələrdən bir çoxunun barmaqların sayı qədər də olmuş olsun belə, vaksin əldə etməmələri kimi məsələni tənqid edib.

Xəbəri paylaş

VİDEOLAR