İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, Təxt Rəvançi görüşün təfərrüatları ilə bağlı sosial media hesabında paylaşım edib.
Paylaşımda bildirilib:
"İranın BMT-dəki səfiri kimi fəaliyyətimin sonunda BMT-nin Baş katibi Antonio Quterreş ilə NPT üzrə İcmal Konfransı, nüvə sazişi və Fars körfəzi regionu da daxil olmaqla regional məsələləri, BMT-nin dünya səhnəsindəki rolunu əhatə edən dostluq görüşü keçirildi".