İranın beşinci yanacaq karvanı da Livan ərazisinə daxil olub
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İrandan yanacaq daşıyan dörd karvanın Livan ərazisinə daxil olmasından sonra Livan mediaları xəbər veriblər ki, İranın beşinci yanacaq karvanı da Livan ərazisinə daxil olub.
Livan Amerikanın sanksiyaları nəticəsində il yarım bundan öncədən bəri iqtisadi durumun ağırlaşması, o sıradan yanacaq çatışmazlığı ilə üzləşir. Böhranı aradan qaldırmaq bu ölkə orqanlarının dağılmasının qarşısını almaq üçün bir qrup livanlı iş adamı Hizbullah vasitəsilə İrandan yanacaq satın alıb.
Özünün ən son çıxışında da İrandan dizel yanacağı daşıyan gəminin də qarşıdakı bir neçə gün ərzində Suriyanın Baniyas limanına daxil olacağını bildirən Livan Hizbullahının baş katibi demişdi ki, İrandan benzin daşıyan üçüncü gəminin göndərilməsi üzrə idarə işləri də həyata keçirilib.
Dördüncü gəmi isə dizel yanacağı daşıyacaq və sonradan göndəriləcəkdir.
Yeni hökumət sonrakı gəmilər haqda qərar çıxaracaq.