İranın Atom Enerjisi müfəttişlərilə bağlı qərarına ABŞ-dan reaksiya

İranın Atom Enerjisi müfəttişlərilə bağlı qərarına ABŞ-dan reaksiya

ABŞ dövlət departamentinin sözçüsü Ned Price bu barədə açıqlama verib

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ  dövlət  departamentinin sözçüsü Ned Price  Atom Enerjisi  üzrə Beynəlxalq Agentlik tərəfindən  açıqlanan  hesabata  diqqət  çəkib  və  İranın Atom  Enerjisi  üzrə Beynəlxalq Agentlik müfəttişlərinə xüsusi yoxlama icazəsi verən əlavə protokolu dayandırmasının  səhv  addım olduğunu bildirib.

Atom Enerjisi  üzrə Beynəlxalq Agentlik  İranın zənginləşdirilmiş uran ehtiyatını 2 min  442 kiloqramdan 2 968 kiloqrama qədər  artırması ilə bağlı hesabat verib. Hesabatda  bildirilib  ki,  “Agentlik İran tərəfindən bildirilməyən bir yerdə agentliyə elan olunmamış nüvə materialının ola biləcəyindən narahatdır. Sözügedən nüvə materialının İranın təhlükəsizlik nəzarəti müqaviləsi çərçivəsində bildirilməsi lazımdır”.

Hərtərəfli Birgə Fəaliyyət Planı (COEP) adlanan və 2015-ci ildə imzalanan nüvə müqaviləsi  çərçivəsində   İran 202,8 kiloqram uran ehtiyatına  və  3.67% nisbətində zənginləşdirilmiş urana sahib ola bilər. Lakin bu razılaşma ABŞ tərəfindən sanksiyaların ləğvi istiqamətində danışıqların ləğv edilmədiyinə qədər keçərli sayılırdı.

Məlumata görə, İran nüvə razılaşması ilə icazə verilən zənginləşdirilmiş uran ehtiyatının təxminən 15 qatına sahibdir. 

İran tərəfi sanksiyaların ləğv edilmədiyinə görə, Atom Enerjisi üzrə Agentlik müfəttişlərinin ölkdə monitorinq aparmasını 23 fevraldan qadağan edib.

Xəbəri paylaş

VİDEOLAR