İranın 8 əyalətində sel və daşqınlar baş verib

İranın 8 əyalətində sel və daşqınlar baş verib

İranın 8 əyalətində sel və daşqınlar baş verib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mehdi Vəlipur bildirib.

Onun sözlərinə görə, ötən 72 saat ərzində ölkənin 8 əyalətində, 51 kənd və şəhərdə sel və daşqınlar baş verib.

Sel və daşqınlar əsasən İlam, Buşəhr, Xuzestan, Fars, Qəzvin, Kohkuluyə və Boyur Əhməd, Gülüstan və Lorsat əyalətində qeydə alınıb. Həmin bölgələrdə 150 qrup xilasetmə işlərini davam etdirir. İndiyə kimi 1 912 nəfərə yardım göstərilib.

Xəbəri paylaş

VİDEOLAR