İrandan yeni qərar: Uran 60 faizə qədər zənginləşdiriləcək

İrandan yeni qərar: Uran 60 faizə qədər zənginləşdiriləcək

İran XİN rəsmisi İraqçı bildirib

İran İslam Respublikasının Xarici işlər nazirinin Köməkçisi İranın uranı 60% zənginləşdirməyə başlayacağını bildirdi. Rasthaber İran mediasına istinadən xəbər verir ki,İran ilə 4+1 Qrupu arasında Vyanada təşkil edilən müzakirələrə qatılmaq üçün oraya səfər edən İran İslam Respublikasının  Xarici işlər nazirinin Köməkçisi və baş müzakirəçi Seyid Abbas İraqçı, İranın uranı 60% zənginləşdirməyə başlayacağını bildirib.

İraqçı, çərşənbə axşamı günü (13 aprel) AEBA baş direktoruna ünvanladığı məktubda İranın 60% dərəcəsində uran zənginləşdirməyə başlayacağını bildirdiyini qeyd edib.

İraqçı ayrıca, ziyan görmüş maşınların yerinə yeni maşınların monte edilməsinə əlavədən 50% əlavə tutum ilə min sentrifuqanın  Nətənzdəki maşınlara əlavə olunacağını vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR