İrandan Türkiyəyə qaz tədarükündəki texniki xəta aradan qaldırıldı

İrandan Türkiyəyə qaz tədarükündəki texniki xəta aradan qaldırıldı

İranın Milli Qaz Şirkəti Türkiyəyə mavi yanacaq nəqlinin bərpa olunduğunu açıqlayıb.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, məlumata görə, yanvarın 19-da yaranan texniki nasazlıqlar aradan qaldırılıb.

İran tərəfi bildirib ki, Türkiyə stansiyasında qaz sızması baş verib.

Qeyd edək ki, İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri ilə ildə orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansındakı payı 16%-ə yaxın olub.

Xəbəri paylaş

VİDEOLAR