İrandan Ərəb ölkələri və Rusiyanın birgə bəyanatına reaksiya

İrandan Ərəb ölkələri və Rusiyanın birgə bəyanatına reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Fars Körfəzi Əməkdaşlıq Şurası və Rusiyanın birgə bəyanatına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani Fars körfəzindəki Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları ilə bağlı paylaşım edib.

Kənani Fars Körfəzi Əməkdaşlıq Şurası və Rusiyanın birgə bəyanatında yer alan iddiaları rədd edərək deyib:

"Bu adalar əbədi olaraq İrana məxsusdur və bu cür bəyanatların verilməsi İran və qonşuları arasında dostluq münasibətlərinə ziddir.

İran regionun inkişafı və sabitliyinin region ölkələrinin ümumi məsuliyyəti olduğuna inanır və onun mehriban qonşuluq və qarşılıqlı hörmət siyasətinin davam etdirilməsini vurğulayır".

Xəbəri paylaş

VİDEOLAR