İrandan Qərb mediasının nüvə iddialarına reaksiya

İrandan Qərb mediasının nüvə iddialarına reaksiya

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami Qərb mediasının İranın Zaqros dağlarında yeni nüvə obyekti inşa etməyə başlaması ilə bağlı iddialarına münasibət bildirib.

Az.rasthaber.com xəbər verir ki, Məhəmməd İslami deyib:

"Sionist düşmən illərdir belə iddialarla çıxış edir. Bunlar düşmənin İrana qarşı psixoloji əməliyyatlarıdır.

Bölgədəki şərait onlar üçün çətinləşdikcə bu psixoloji əməliyyatlar, iddialar güclənir".

İslami İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) standartları və Təhlükəsizliyə Nəzarət Sazişinə uyğun fəaliyyət göstərdiyini vurğulayaraq deyib:

"Hər hansı fəaliyyətlə məşğul olmaq istəyiriksə, MAQATE standartlarına uyğunluq təmin edilir.

Sionist düşmən son aylarda iflasa uğradığı üçün indi yeni iddialar irəli sürür. 

Bu məsələlər onun keçmişdə təkzib edilən və heç bir əsası olmayan iddialardır".

Xəbəri paylaş

VİDEOLAR