İranın xarici işlər naziri ABŞ Dövlət Departamentinin sözçünün iddiasına reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən öz Twitter səhifəsində yayımladığı mesajda, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın Əl-Qaidə terror təşkilatının lideri Seyf əl Ədlin İranda olması ilə bağlı əsassız iddiasına cavab olaraq deyib:
"Ağ Ev rəsmilərinə uğursuz İranofobiya oyununu dayandırmağı tövsiyə edirəm, Əl-Qaidə lideri haqqında məlumat vermək və onu İranla əlaqələndirmək gülüncdür.
Əl-Qaidə və İŞİD-i yaradanlar dünyada terrorun artmasına görə məsuliyyət daşıyırlar. Yanlış ünvan verməyin!”